Gürcüstan prezidenti Georgi Marqelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Gürcüstan prezidenti Georgi Marqelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək

Gürcüstan prezidenti Georgi Marqelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.


Bu barədə Gürcüstanın Prezident Administrasiyasının məlumatında bildirilir.

Məlumata görə, G.Marqelaşvili Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Çoxqütblü dünyaya doğru" mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumunda 70-dən çox ölkənin hazırkı və sabiq liderlərinə müraciət edəcək.

Həmçinin bildirilir ki, prezident çıxışı zamanı regionda mövcud çağırışlar, Qərb və Şərq münasibətləri, regionda layihələr, Gürcüstanın investisiya yatırımı baxımından cəlbediciliyi və Gürcüstan ərazilərinin işğaldan azad edilməsi mövzularına diqqət yönəldəcək.

Gürcüstan prezidenti Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Həmçinin onun digər ölkə prezidentləri ilə də təkbətək görüşləri planlaşdırılıb.

Report.az