- Rusiya və İran
- 19:58
- 963
ABŞ İranın təslim olmasını istəyir - Pezeşkian
ABŞ İranın təslim olmasını istəyir.
Aznews.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.
Pezeşkian öhdəliklərin yerinə yetirilməsinin dialoqun əsası olduğunu bildirib.
İran Prezidenti qeyd edib ki, ABŞ-ın hərəkətlərinə etimadsızlıq davam edir.
“Son günlərdə ABŞ rəsmilərinin qeyri-konstruktiv və ziddiyyətli yanaşması acı bir mesajın daşıyıcısıdır - onlar İranın təslim olmasını istəyirlər. İran xalqı isə zor dilinə təslim olmur”, - Pezeşkian qeyd edib.