Əli Həsənov deputatların məhkəməyə verdiyi şəxslərdən danışdı



Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalist Zamin Hacının, REAL hərəkatının sədri İlqar Məmmədovun və politoloq Zərdüşt Əlizadənin parlamenti aşağılayan fikirlərinə görə onların bir qrup millət vəkili tərəfindən məhkəməyə verilməsi məsələsinə münasibət bildirib: "Bildiyimə görə, deputatlar qəsdən və ya bilərəkdən təhqir olunduqlarını hesab edirlər. Buna görə də onlar məhkəməyə müraciət ediblər. Hesab edirəm ki, bu onların vətəndaşlıq haqqıdır".

Jurnalist Z.Hacıya gəldikdə isə Ə.Həsənov bildirib: "Mənim Zamin Hacının da məhkəməyə verilməsindən xəbərim yoxdur. Amma hər halda gərək jurnalist də insanları təhqir etməsin və onların vətəndaş heysiyatına toxunmasın".

Vasif Həsənli
AzNews.az