Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb.

İlham Əliyevin Ankara səfərinin - Proqramı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin proqramı açıqlanıb.


AzNews.az Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi saat 12:30-da Cumhurbaşkanlığı Külliyesində olacaq.

Məlumata görə, prezidentlərin təkbətək görüşü Cumhurbaşkanlığı Külliyesində saat 12:45-də baş tutacaq.

İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da Cumhurbaşkanlığı Külliyesində keçiriləcək. Proqrama əsasən, toplantı saat 13:45-də başlayacaq.


Saat 15:00-da tərəflər arasında razılaşmaların imzalanması və mətbuata ortaq açıqlama verilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən tədbir də Cumhurbaşkanlığı Külliyesində həyata keçiriləcək.

Saat 15:30-da isə Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Cumhurbaşkanlığı Külliyesində nahar veriləcək.

Xatırladaq ki, fevralın 13-də Türtkiyənin paytaxtı Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər ölüb. 125 nəfər yaralanıb. Terrorla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-də Azərbaycana olan səfəri təxirə salınıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçirilməsinə qərar verilib.

Aydan AXUNDOVA