- Köhnə - Siyasət
- 12 Noyabr 2012 11:20
- 5 497
Gülər Əhmədova yenə YAP-ın tədbirinə dəvət olunmadı

Tədbirdə çıxış edən Tağı Əhmədov Heydər Əliyevin 1993-cü il Bakıya gəlişindən danışıb. O bildirib ki, H.Əliyevin Bakıya gəlişinə əngəl olanlar sonralar əqidələrini dəyişdilər: "Əvvəlcə Heydər Əliyevə qarşı çıxanlar sonradan öz əqidələrini dəyişərək, onun tərəfinə keçdilər. Misal üçün Dövlət Gömrük Komitəsinin sabiq sədri Tahir Əliyevi göstərə bilərəm".
İclasda Tağı Əhmədov mükafatlandırılıb.
Qeyd edək ki, Sabiq millət vəkili Gülər Əhmədova tədbirə dəvət edilməyib.
Vasif Həsənli
AzNews.az