- Köhnə - Siyasət
- 31 Mart 2016 23:54
- 3 794
Uorlik Ermənistan XİN rəhbəri ilə Qarabağ münaqişəsini müzakirə etdi - Yenilənib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşüb.
Bu barədə Ceyms Uorlik özünün "Tvitter" səhifəsində yazıb.
Ceyms Uorlik Edvard Nalbandyanla görüşündən məmnun qaldığını bildirib. Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə edib.
***
23:37
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşməyi planlaşdırır.
Bu barədə Ceyms Uorlik özünün "Tvitter" səhifəsində yazıb.
"Dağlıq Qarabağ münaqişəsinə dair növbəti addımları müzakirə etmək üçün bu gün Ermənistan XİN rəhbəri Edvard Nalbandyannla Vaşinqtonda görüşəcəyik", - deyə Ceyms Uorlik qeyd edib.
APA