11 ölkə Qarabağ məsələsi üçün toplaşacaq– Vyanada təcili toplantı (Yenilənib)

ATƏT-in Minsk qrupuna üzv ölkələr aprelin 5-də Vyanada toplaşacaq.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri bazar ertəsi Vyanada görüşəcək və çərşənbə axşamı isə Minsk qrupunun üzvlərini toplayaraq, Qarabağdakı gərginliyi müzakirə edəcəklər".

Xatlırladaq ki, ATƏT-in Minsk qrupuna həmsədr ölkələr – Rusiya, ABŞ və Fransa ilə yanaşı, Ermənistan, Azərbaycan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.

***
13:55

ATƏT-in Minsk qrupu cəbhə xəttində vəziyyətin gərginləşməsilə əlaqədar iclas keçirəcək.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, iclas gələn həftə Vyanada baş tutacaq. İclasda münaqişə zonasında vəziyyətin qəfildən kəskin pisləşməsi müzakirə olunacaq.

Ermənistan-Azərbaycan təmas xəttində gərginliyin davam etməsini və münaqişənin həllində ATƏT-in rolunu nəzərə alaraq, müntəzəm olaraq keçirilən məsləhətləşmələr çərçivəsində gələn həftə Dağlıq Qarabağ üzrə həmsərdlər üçlüyü (Rusiya, ABŞ, Fransa) Vyanada toplanacaq. İclasdan sonra ATƏT-in Minsk qrupunun üzvlərinə həmsədrlərin gələcək münaqişənin nimzalanması üçün gələcək fəaliyyəti, alternativ yardım yolları ilə bağlı məlumat veriləcək.

Aydan AXUNDOVA