Prezident Təbrizdəki konsulu geri çağırdı

Prezident İlham Əliyev İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.