Berlində Sarkisyana qarşı keçirilən aksiyadan - Fotolar + Video

Almaniyada yaşayan azərbaycanlılar bu dəqiqələrdə Berlində etiraz aksiyası keçirir.

AzNews.az xəbər verir ki, etiraz aksiyası Almaniyada səfərdə olan Serj Sarkisyana etiraz əlaməti olaraq planlaşdırılıb. Belə ki, aksiyanın məqsədi Ermənistanın işğalçı siyasətini bir daha bəyan etmək, Azərbaycanın işğaldan, erməni terrorundan əziyyət çəkdiyini bildirmək, Almaniya kansleri Angela Merkeli erməni təcavüzünü birmənalı şəkildə qınamağa çağırmaqdır.

Etiraz aksiyasına 500-dən yuxarı insan qatılıb.

Aksiyadan çəkilmiş görüntüləri təqdim edirik: