Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb.

Rüstəm Usubov Tofiq Yaqubluya zəng etdi – Baş Prokurorluğa çağırdı

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb.


Bu bərədə AzNews.az-a onun özü məlumat verib. Onun sözlərinə görə, bu gün saat 17:00-da prokurorluqda olmalıdır: "Hazırda Neftçala rayonunda şəhidin yas mərasimindəyəm. Amma axşam saat 17:00-da Baş Prokurorluqda olmalıyam. Nə üçün dəvət olunmağım haqqında bilgiyə malik deyiləm".

Məlumat üçün bildirək ki, Baş prokurorun müavini Rüstəm Usubov Tofiq Yaqubluya zəng edib və onu saat 17:00 üçün prokurorluğa dəvət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az