Qətər və Səudiyyə Ərəbistanı Müxalifəti silahlandırmamağa çağırıldı Qətər və Səudiyyə Ərəbistanı Müxalifəti silahlandırmamağa çağırıldı

Tehranda Suriya dialoqu başladı

Qətər və Səudiyyə Ərəbistanı Müxalifəti silahlandırmamağa çağırıldı



Tehranda Suriya dialoqu öz işinə başlayıb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, dialoqda iştirak etmək məqsədilə 130 nəfərdən ibarət nümayəndə heyəti Tehrana gəlib. Onların arasında, müxaliflər, iqtidaryönlülər, dini liderlər və azlıqların təmsilçiləri var.

Hökumət tərəfdən dialoqda baş nazirin iqtisadi məsələlər üzrə müavini Kadri Camil, Milli Barışıq üzrə hökumət təmsilçisi Əli Heydər və digərləri iştirak edir. Dialoqun əsas şüarı isə, "zorakılığa yox, demokratiyaya hə"dir.

Tədbirdə çıxış edən Suriyanın Xarici İşlər naziri Əli Əkbər Salehi bildirib ki, Suriyada sülh daxili barışıqdan keçir. İran parlamentinin spikeri Əli Laricani isə Qətər və Səudiyyə Ərəbistanını müxalifətə silahlı yardım etməməyə çağırıb.

Sadiq Musa
AzNews.az