- Köhnə - Siyasət
- 19 Noyabr 2012 08:32
- 2 928
Ərdoğan: “Netenyahu, min ölç, bir biç”

AzNews.az-ın bugun.com.tr saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan Netenyahunu min ölçüb, bir biçməyə çağırıb. "İndi 2008-ci ildə deyilik. Bil ki, 2012-ci ilin şərtləri 2008-ci ilin şərtləri kimi deyil. Min ölç, bir biç".
O, İsrailin qansız ölkə olduğunu, 9 yaşlı qız uşağını belə, öldürdüklərini dilə gətirib. Ərdoğan ərəb ölkələrinin Qəzza ilə bağlı mövqeyini də qınayıb və onları səssizlikdə ittiham edib. Bundan əlavə, Baş nazir 24 saat ərzində atəşkəsə nail olunmağın vacibliyini vurğulayıb.
Sadiq Musa
AzNews.az