Bu insanlar artıq, arxivləşiblər Bu insanlar artıq, arxivləşiblər

YAP rəsmisi: “Aksiyadakıların çoxu yetkinlik yaşına çatmayanlar idi”

Bu insanlar artıq, arxivləşiblər


"Bu, aksiya deyildi, biabırçılıq idi. 10 nəfər uşaqdan ibarət toplaşmağa aksiya demək olmaz". Bunu AzNews.az-a aşıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, razılaşdırılmamış aksiya iştirak edənlərin çoxu yetkinlik yaşına çatmayanlar olub.

Onun sözlərinə görə, aksiyada heç bir jurnalist xəsarət almayıb: "Özüm də aksiyanı izlədim və polislərin kiməsə təzyiq etmədiyinin şahidi oldum. Polis tərəfindən jurnalistlərin işinə müdaxilə edilməyib. Sadəcə, qadağan olunmuş zonaya girməyə cəhd edən jurnalistlərin qarşısı alınırdı. Bu da qarışıqlıq yaranmasın deyə edilib. Heç bir jurnalist xəsarət almayıb. Bəzi insanlar aksiyaya qoşulur, polis onu saxlayanda cibindən vəsiqəsini çıxarır. Həmin insanlar da "Müsavat", "Azadlıq" qəzetlərinə yaxın olanlardır. Sonra digər jurnalistlər də onu müdafiə edəndə qarışıqlıq yaranır. Bu düzgün deyil. Jurnalistin xüsusi geyimi olmalıdır. Sən jurnalistsənsə, hadisəni obyektiv işıqlandırmalısan".

S.Novruzov Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezident seçkilərində iştirak etməsinə də münasibət bildirib: "Bu yenilik deyil. O hər dəfə seçkilərdə uduzur. İstər prezident, istərsə də parlament seçkilərində uğur qazana bilmir. Ona görə də hər şeydən imtina edib, evdə oturmalı idi. O, bəlkə rayon, şəhər bələdiyyələrində uğur qazana bilər. Hələ bu da ehtimaldır. Bu insanlar, artıq, arxivləşiblər. Azərbaycanda belə insanların dəstəyi ola bilməz. Ona görə də onun prezident seçkilərində namizəd kimi çıxış etməsi əhəmiyyətli deyil".

İlkin
AzNews.az