- Köhnə - Siyasət
- 2 İyun 2016 14:47
- 5 774
Almaniya “erməni soyqırımı”nı tanıdı
Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə qəbul edib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin etirazına baxmayaraq mütləq səs çoxluğu ilə qəbul edilən qətnamədə soyqırım sözü 4 dəfə işlədilib. Bundestaqın iclasında iştirak edən deputatlardan yalnız biri qətnamənin əleyhinə səs verib, 1 millət vəkili isə bitərəf qalıb.
Qeyd edək ki, sözügedən qətnamə "101 il əvvəl Osmanlı imperiyasında erməni və digər xristian azlıqların soyqırımı barədə xatirə" adlanır.
Aydan AXUNDOVA