İran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək. İran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək.

İran prezidentinin Azərbaycana səfərinin proqramı

İran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək.


Səfərin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir. Bildirilir ki, görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir.

Həmçinin İran prezidentinin gündəliyinə prezident İlham Əliyev və Vladimir Putinlə ayrı-ayrılıqda görüşlər daxildir: "Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri daha əvvəl imzalanmış razılaşmalara nəzər yetirəcək, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər".

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bir neçə gün əvvəl Putinin avqust ayında Bakıya səfərinin hazırlandığını bildirib.

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda görüşünün keçirilməsi bu ölkələrin xarici işlər nazirlərinin aprelin 7-də Bakıdakı üçtərəfli görüşündə qərara alınıb.

APA.az