“ATƏT-in Minsk qrupunun fəaliyyətini də qənaətbəxş saymırıq” “ATƏT-in Minsk qrupunun fəaliyyətini də qənaətbəxş saymırıq”

YAP rəsmisi: “Ermənistana təzyiqlər olmalıdır”

“ATƏT-in Minsk qrupunun fəaliyyətini də qənaətbəxş saymırıq”



"Beynəlxalq təşkilatlar tərəfindən Ermənistana təzyiqlər olmalıdır". Bunu AzNews.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona, o cümlədən Azərbaycana növbəti səfərlərinin nəticələrinə münasibət bildirərkən deyib.

YAP-çı millət vəkili bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsi bütövlükdə anormallıqdır. Onun sözlərinə görə, bu, bölgə üçün təhlükəlidir və Ermənistana fayda verməyəcək: "Azərbaycan istəyir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll edilsin. ATƏT-in Minsk qrupunun həmsədrləri mütəmadi olaraq regiona səfərlər edirlər. Hər halda bu danışqları davam etdirmək lazımdır. Əgər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş baş tutarsa, biz buna normal baxarıq. Çünki, biz münaqişənin sülh yolu ilə həllini çox istəyirik. Amma biz ATƏT-in Minsk qrupunun fəaliyyətini də qənaətbəxş saymırıq".

Vasif Həsənli
AzNews.az