Səfir: “Mövqeyimiz dəyişilməz olaraq qalır”

"Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır". AzNews.az-ın məlumatına görə, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayatullah Kakar bildirib.

Səfir bəyan edib ki, Ermənistan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal edib və bu işğala tezliklə son qoyulmalıdır. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti bütövlükdə regionun inkişafı üçün də əngəllər yaradır.

Səfir İ.Kakar deyib: "Dağlıq Qarabağ münaqişəsi, Azərbaycana qarşı işğal və təcavüz məsələlərində Azərbaycanın mövqeyini dəstəkləmək bizim üçün prinsipial xarakter daşıyır. Biz hər zaman bəyan edirik ki, Pakistan gələcəkdə də Azərbaycanı tam dəstəkləyəcək. Bizim bu mövqeyimiz dəyişilməz olaraq qalır".

Vasif Həsənli
AzNews.az