Rusiya prezidenti Vladimir Putinlə yeni seçilən ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Rusiya prezidenti Vladimir Putinlə yeni seçilən ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Putinlə Tramp telefonla danışıblar

Rusiya prezidenti Vladimir Putinlə yeni seçilən ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


AzNews.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Liderlər Rusiya-ABŞ münasibətlərinin hazırda qeyri-kafi vəziyyətdə olması barədə razılığa gəlməklə yanaşı, əlaqələrin normallaşdırılması üçün birgə fəal iş görmək barədə də yekdil fikir söyləyiblər.

Putinlə Tramp ümumi düşmənə qarşı – terrorizm və ekstremizmə qarşı mübarizə səylərinin birləşdirilməsi barədə fikir bölüşüblər. Eyni zamanda Suriyaya dair məsələlərin nizama salınmasını müzakirə ediblər.

Məlumatda qeyd olunur ki, Rusiya lideri və milyarder ABŞ prezidenti telefonla əlaqə saxlamağı davam etdirmək, gələcəkdə şəxsi görüş təşkil etmək barədə razılaşıblar.

Aydan AXUNDOVA