Bahar Muradova: “Baş verənlərə mədəniyyətə münasibət donu geydirmək düzgün deyil” Bahar Muradova: “Baş verənlərə mədəniyyətə münasibət donu geydirmək düzgün deyil”

“Kinematoqrafçılar İttifaqı Rüstəm İbrahimbəyovun şəxsi mülkiyyəti deyil”

Bahar Muradova: “Baş verənlərə mədəniyyətə münasibət donu geydirmək düzgün deyil”





"Kinomatoqrafçılar İttifaqı Rüstəm İbrahimbəyovun şəxsi mülkiyyəti deyil. Bu, ictimai təşkilat da digərləri kimi vergi orqanları, digər müvafiq dövlət qurumları qarşısında hesabatlıdırlar. Ona görə də zamanında hesabatlarını verməli və bu və ya digər çatışmazlıqları varsa hüquqi şəxs olaraq, o ictimai quruma rəhbərlik edən şəxs kimi məsuliyyətlərini çəkməlidirlər. Düşünmürəm ki, bu məsuliyyət də onları həbsə atacaq qədər ciddi məsuliyyətdir"

Bunu AzNews.az-a vitse-spikker Bahar Muradova Kinomatoqrafçılar İttifaqına qarşı vergidən yayınma ittihamı ilə əlaqədar qaldırılan ittihama cavab olaraq deyib. B.Muradova hesab edir ki, vaxtaşırı bu və ya digər hüquqi şəxsləri vergidən yayınmaları, vergiləri ödəmələri barədə məlumatlar yayıldığından bu məsələyə də başqa don geyindirilməməlidir:
"İstər sahibkarlıq, istər ictimai qurumlar, istərsə də dövlət subyektləri olsun onların heç biri də bunu məşgul olduqları sahəyə dövlətin subyektiv münasibəti kimi qəbul etmir, etməməlidirlər. Eyni zamanda bir ittifaqın vergi ödəməlisən mövqeyinin ortaya qoyulması mədəniyyətə münasibət kimi qiymətləndirilməməlidir. Rasim Balayev mədəniyyətimizin görkəmli şəxsiyyətlərindən biridir. Ona hər zaman hörmətlə yanaşılıb. Şəxsən mənim ona çox böyük hörmətim var və onun çəkildiyi filimlərə böyük məmnuniyyətlə baxıram. Hesab edirəm ki, onun Azərbaycan mədəniyyətində xüsusi yeri var. Bunun da nə mədəniyyətə, nə də onun mədəniyyətdə tutduğu yerə heç bir aidiyyatı yoxdur".

Bahar Muradova onu da bildirib ki, vergidən yayınma məsələsinə görə atılan addımdan siyasi şou yaratmağa ehtiyac yoxdur: "Baş verənlərə mədəniyyətə münasibət donu geydirmək düzgün deyil. Eyni zamanda bunu konkret şəxsə qarşı yönəlmiş addım kimi dəyərləndirmək də olmaz".


Gültəkin

AzNews.az