20 Yanvar Belçikada da anıldı


Bu gün Belçika Azərbaycanlıları Cəmiyyəti Belçikanın paytaxtı Brüssel şəhərində "20 Yanvar Qanlı və Şanlı Tariximiz" mövzusunda tədbir keçirib. AzNews.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim , EU Reporter İnformasiya Agentliyinin nümayəndəsi, Almaniyalı siyasi ekspert, Belçika Haber qəzetinin əməkdaşı Gəlil Gündoğdu iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçikadakı səfiri Fuad İsgəndərova deyib ki, o günləri xatırlamaq baxımından tədbirin keçirilməsi zəruridir: "20 yanvar xalqımızın qəhrəmanlıq tarixinin bir hissəsidir, xalqımız tarix boyu çox böyük qəhrəmanlıq və şücaət göstərib və 20 yanvar günü də xalqımızın fəxr olunası tarixidir. Mən inanıram ki, biz işğal olunmuş Qarabağı da işğaldan azad edib, faciə günlərimizi xatırlamaqla yanaşı qələbə günümüzü də qeyd edəcəyik".

Sonra çıxış edən BAC-ın sədri Rəşad Xasayoğlu deyib ki, tədbirin keçirilməsində məqsəd şanlı və qanlı tarixi yad etmək və xalqın qəhrəmanlığını dünyaya daim təbliğ etməkdir: "Biz bundan sonra da bu cür kampaniyalarımızı davam etdirəcəyik, millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etmək də davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz Xocalı, 31 mart sorqrım günlərimiz gəlir. Xalqımıza qarşı törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin almasına daim durmadan fəaliyyətimizi artıracağıq"

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş ingilis film nümayiş etdirilib

AzNews.az