İcra başçısının müavini: “Belə bir məktub göndərilibsə, mütləq reaksiya veriləcək” İcra başçısının müavini: “Belə bir məktub göndərilibsə, mütləq reaksiya veriləcək”

İcra hakimiyyətindən deputata cavab verildi-YENİLƏNİB

İcra başçısının müavini: “Belə bir məktub göndərilibsə, mütləq reaksiya veriləcək”



Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məktub göndərib. Məktubda deyilir ki, Ədalət Partiyası martın 30-da Gəncə şəhərində görüş keçirməyi planlaşdırır: ""Siyasi partiyalar haqqında" qanununun 13-cü maddəsində müvafiq dövlət qurumlarının üzərinə bu cür tədbirləin təşkili və siyasi partiya rəhbərlərinin təhlükəsizliyinin təmin edilməsi barədə məsuliyyət qoyulub. Ona görə də göstərilən tarixdə Ədalət Partiyasının üzv və tərəfdarları ilə görüşün keçirilməsi üçün müvafiq yer (iclas zalı) ayırmağınızı xahiş edirəm".

Ünvanlanan məktuba reaksiya verən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Ruslan Qardaşov AzNews.az-a deyib ki, İcra Hakimiyyətinə belə məktub gəlməyib: "Bizə belə bir məktub daxil olarsa, mütləq reaksiya veriləcək. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununda da göstərilir ki, toplantının formatı, məzmunu barədə rəhbərlik məlumatlı olmalıdır. Bunu nəzərə alıb deyə bilərəm ki, qanuna uyğun olaraq, partiyaların Gəncədə görüş keçirməsi üçün heç bir əngəl yoxdur".

İlkin
AzNews.az