“Ziyalılar Forumu Rasim Balayevin bəyanatından şou düzəltmək istəyir” “Ziyalılar Forumu Rasim Balayevin bəyanatından şou düzəltmək istəyir”

Siyavuş Novruzov: “Ziyalılar Forumu bizə böhtan atır”

“Ziyalılar Forumu Rasim Balayevin bəyanatından şou düzəltmək istəyir”




"Ziyalılar Forumu xalq artisti Rasim Balayevin istefa bəyanatından YAP hakimiyyətinə böhtan atmaq üçün istifadə etmək istəyir. Üstəlik, cəmiyyət qarşısında bundan maraqlı bir şou da düzəltmək istəyirlər". Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov verib.

Onun sözlərinə görə, YAP tərəfindən, hakimiyyət tərəfindən xalq artistinin məlum bəyanatı verməsi ilə bağlı heç bir təzyiq göstərilməyib: "Kimlərsə bundan şou düzəldib bizə qarşı oyun oynamaq istəyirlərsə, bərk yanılırlar. Çünki bu, əsası olmayan iddiadır. Ümumiyyətlə belə hadisələrdən şou düzəltmək onların köhnə peşəsidir və onların bununla bağlı nəsə deməyi bizim üçün heç vaxt əhəmiyyət kəsb eləmir".

Qeyd edək ki, yanvarın 18-də xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun təsis etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqından istefa verməsi ilə bağlı bəyanat yayıb. O, əvvəlki çıxışlarından fərqli olaraq bu bəyanatında Rüstəm İbrahimbəyovun hazırkı siyasi mövqeyindən təəssüfləndiyini bildirib. Ziyalılar Forumu isə xalq artistinin bu bəyanatı hakim partiyanın təzyiqi altında verdiyini iddia edir.

AzNews.az