Fazil Mustafa : “Yəni, Avropa, Amerika görsün ki, parlamentdə də, cəmiyyətdə də müxalifət var” Fazil Mustafa : “Yəni, Avropa, Amerika görsün ki, parlamentdə də, cəmiyyətdə də müxalifət var”

“Müxalifət hakimiyyətə görüntü üçün lazımdır”

Fazil Mustafa : “Yəni, Avropa, Amerika görsün ki, parlamentdə də, cəmiyyətdə də müxalifət var”





Azərbaycanda hakimiyyət-müxalifət münasibətlərinin düşmənçilik səviyyəsində olması kimsəyə sirr deyil. Mövcud durumdan çıxış yolunu isə hələ ki, tapmaq mümkün olmayıb. Bunun da səbəbi tərəflərin gərginliyi yumşaltmaq üçün qarşılıqlı addım atmaqda maraqlı olmamalarıdır. Arzuolunan vəziyyətin yaranması baxımından cəhdlər yetərli və həm də birtərəfli olduğundan ortada real mənzərə budur.

Əksinə, siyasi münasibətlərdə yenilikçilər kimi çıxış edənləri müxalifət vəziyyəti daha da qəlizləşdirən tərəf kimi qəbul edib. Hakimiyyət isə bu təbəqənin ideyalarını heç yaxına da buraxmayıb. Maraqlıdır, danışmaqla anlaşmaq niyyətini ortaya qoyan və bir zamanlar eyni düşərgədə birgə addımlayanlar seçdikləri yeni yolda hansısa uğura imza ata bildilərmi? Yəni, konstruktiv yanaşma onlara siyasi sferada hansısa divident gətirdimi?

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa AzNews.az-a bunula bağlı mövqeyini açıqlayərkən deyib ki, burda heç də şəxsi fikir dəyişməkdən söhbət getmir: "Təbii ki, burada mənim şəxsi fikir dəyişməmdən söhbət getmir. Əgər ənənəvi müxalifət 5-20 ilin taktikası ilə davam edəcəksə, yenə məğlub olacaqlar. Axı biz 1993-cü ildə məğlub olmuşuq. Biz bunun təsəllisi ilə bir, iki il yaşadıq, "beş ilə bu hakimiyyət gedəcək, biz hakimiyyətə gələcəyik" yanaşması artıq çoxdan bitib. Bundan sonra siyasətin vicdanlılıq məsələsi qalır. Ya oturub adamları aldatmalısan ki, bir-iki il gözlə mən gəlirəm, ya siyasi mübarizə strategiyasına baxış dəyişməlidir".

"Konstruktiv mövqe tutduğunuza görə aldadıldığınızı hesab edirsinizmi"-sualına gəlincə, F.Mustafa bildirib ki, hakimiyyətlə müxalifətdə oxşarlıqlar çoxdur: "Müxalifətin müəyyən kəsimindəki qeyd etdiyim vəziyyət hakimiyyətdə də var. Hakimiyyətin arxayınlığı o deməkdir ki, onun heç kimin fikrinə ehtiyacı yoxdur. Sadəcə müxtəlif mövqelərin olması ona görüntü üçün lazımdır. Yəni, Avropa, Amerika görsün ki, parlamentdə də, cəmiyyətdə də müxalifət var. Biri barışmaz, digəri hakimiyyətlə münasibətlərin olmasına normal yanaşan müxalifətdir. Hakimiyyət bununla təsəlli tapır".

Gültəkin
AzNews.az