"Bu olay yol nəqliyyat hadisəsi səbəbindən qaynaqlanıb" "Bu olay yol nəqliyyat hadisəsi səbəbindən qaynaqlanıb"

İsmayıllının deputatı iğtişaşa ad qoydu: “Yol üsyanı”

"Bu olay yol nəqliyyat hadisəsi səbəbindən qaynaqlanıb"




"Mən hər cümə axşamı seçicilərimlə görüşə gəlirəm. İsmayıllıya da dünən gəlmişəm. Hazırda da rayon mərkəzindəyəm, seçicilərimlə birlikdəyəm. İcra başçısı ilə birlikdə insanları dinlədik. Hazırda sakitlikdir".

Bu sözləri Moderator.az-a açıqlamasında İsmayıllıdan deputat seçilən Novruzəli Aslanov söyləyib. Deputat bildirib ki, bu olay yol nəqliyyat hadisəsi səbəbindən qaynaqlanıb: "Artıq xoşagəlməz olay aradan qalxıb. Sakitlikdir. Hüquqi araşdırmaları da hüquq-mühafizə orqanları aparacaq".

AzNews.az