Azərbaycanın hərbi prokuroru Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamaların nəticəsini açıqlayıb. Azərbaycanın hərbi prokuroru Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamaların nəticəsini açıqlayıb.

Cinayətlər açıqlandı

Azərbaycanın hərbi prokuroru Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamaların nəticəsini açıqlayıb.



Bu barədə hərbi prokuror Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2012-ci ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verib.

X. Vəliyev bildirib ki, yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi-həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Sumqayıt şəhər, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları, Lənkəran şəhər və digər rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin işlər üzrə ittiham hökmü çıxarılıb.

AzNews.az