“Donald Tramp bütün dünya üzrə səfirlərin istefasını tələb etməklə özünün siyasətinin dəyişəcəyini bildirmək niyyətindədir.” “Donald Tramp bütün dünya üzrə səfirlərin istefasını tələb etməklə özünün siyasətinin dəyişəcəyini bildirmək niyyətindədir.”

"ABŞ siyasətini dəyişəcək - Səfirləri geri çağırmaqla"

“Donald Tramp bütün dünya üzrə səfirlərin istefasını tələb etməklə özünün siyasətinin dəyişəcəyini bildirmək niyyətindədir.”

Bunu AzNews.az-a açıqlamasında politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu ABŞ prezidenti Donald Trampın bütün səfirlərini geri çağırması bəyanatını şərh edərkən bildirib.

Mübariz Əhmədoğlunun sözlərinə görə, yeni seçilən prezidentin bütün səfirləri geri çağırması normal qaydadır: “Tramp bundan sonra Amerikanın siyasətinin necə olacağı ilə bağlı müzakirə aparmaq istəyir. Əslində prezident seçilən kimi Amerikanın bütün dünyadakı səfirlikləri təmsil olunduqları ölkələrin rəsmiləri ilə görüş keçirir və ABŞ-ın siyasətinin əsasən dəyişməyəcəyini bəyan edirlər. Görünür, Tpamp özünün bütün dünya üzrə siyasətinin dəyişəcəyini bildirmək niyyətindədir. Bu səbəbdən də səfirlərini geri çağırır.”

Mübariz Əhmədoğlu qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Tramp administrasiyasında yer alacaq: “Robert Sekuta Azərbaycanı ABŞ-da daha yaxşı tanıda bilir. ABŞ-ın adından Azərbaycana heç bir vaxt təhlükəli bəyanat və hədələr daxil olmayıb. Normal qaydada işini aparıb. ABŞ-ın dünyada elə səfirləri də var ki, onlar prezidentin kim olmasından asılı olmayaraq ABŞ-ın siyasətinə sadiqdirlər. Həmin səfirlərdən biri də Robert Sekutadır. Düşünürəm ki, Sekutanın adı Tramp administrasiyasında gərginlik yaratmayacaq və bundan sonra fəaliyyətini davam etdirəcək.”

Bahar RÜSTƏMLİ

AzNews.az