Qüdsdə əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsi var - Netanyahudan açıqlama

Yük maşını ilə əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsi var.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yerinə gələn İsrailin baş naziri Benyamin Netanyahu açıqlamasında belə deyib:

“Biz hücum edən şəxsin kim olduğunu bilirik və bütün əlamətlər onun İŞİD-lə əlaqəsi olduğunu göstərir”.

Baş nazir həmçinin Nitsa, Berlin və Qüdsdə yük maşınının iştirakı ilə törədilən terror aktları arasında əlaqənin olduğunu deyib. O bu cür hadisənin təkrarlanmaması üçün bir sıra addımlar atılacağını bildirib.

Qeyd edək ki, bu gün Qüdsdə naməlum şəxs yük maşınını avtobusdan düşən bir qrup əsgərin üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Sürücü əsgərlər tərəfindən güllələnib. Yerli polis hadisənin terror aktı olduğunu bildirib.