Astanada 6 il Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini postunu tutmuş Baqlan Maylıbaev həbs edilib. Astanada 6 il Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini postunu tutmuş Baqlan Maylıbaev həbs edilib.

Prezident Administrasiyasının yüksək vəzifəli əməkdaşları saxlanıldı - Qazaxıstanda

Astanada 6 il Qazaxıstan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini postunu tutmuş Baqlan Maylıbaev həbs edilib.

Virtualaz.org KazINFO Today agentliyinə istinadən bildirir ki, ondan başqa, Prezident Administrasiyasının bir sıra əməkdaşları da saxlanılıb.

Əməliyyat yanvarın 13-də aparılıb. Amma agentliyin məlumat verən mənbə Prezident Administrasiyasının konkret hansı əməkdaşlarının saxlandığını deməyib. Sadəcə onu bildirib ki, bütün saxlananların telefonları əhatə dairəsindən kənarda olduğu üçün onlarla əlaqə saxlamaq mümkün deyil.

Onlar xidməti vəzifədən sui-istifadədə, həmçinin Cinayət Məcəlləsinin korrupsiyaya qarşı bir sıra maddələri ilə ittiham olunurlar.

Başqa məlumatlara görə isə söhbət, Prezidentin Administrasiyası əməkdaşlarının Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kyandık Bişimbaev və "Bayterek" dövlət şirkəti barəsində qaldırılmış cinayət işlərində iştirakından gedir.

Həmin nazir Qazaxıstan prezidentinin 12 yanvarda imzaladığı fərmanla vəzifədən azad edilib.

AzNews.az