"Maliyyə məsələsi həll olunmadan kimsənin müvəffəqiyyətə şansı yoxdur" "Maliyyə məsələsi həll olunmadan kimsənin müvəffəqiyyətə şansı yoxdur"

Araz Əlizadə seçkidən və puldan danışdı

"Maliyyə məsələsi həll olunmadan kimsənin müvəffəqiyyətə şansı yoxdur"




"Azərbaycan Sosial Demokrat Partiyası prezident seçkilərində iştirakla bağlı qərar verib". Bu barədə APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. O bildirib ki, ASDP-nin prezident seçkilərində iştirakla bağlı qərarı partiyanın sonuncu qurultayında verilib:

"İlkin niyyətimiz partiyanın öz namizədi ilə seçkilərdə iştirakını reallaşdırmaqdır. Əgər bu alınmayacaqsa, partiya üzvlərinə seçkilərdə seçici kimi iştirak məsələsində sərbəstlik veriləcək".

A. Əlizadənin sözlərinə görə, partiya seçkilərə hazırlıq kampaniyasına başlamayıb: "Sosial Demokrat Partiyası çox mütəhərrikdir. Yəni biz qısa müddətdə seçkilərə hazırlıq məsələsini həll edə biləcəyik. Hələlik başqa problemlər var. Bir də ki, ".

A. Əlizadə qeyd edib ki, ASDP-nin hansısa birlik, blok və ya hərəkatda təmsil olunmamaq barədə qərarı da mövcuddur.

AzNews.az