Rusiyanın daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsev yanvarın 31-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. Rusiyanın daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsev yanvarın 31-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Polad Bülbüloğlu Rusiyanın daxili işlər naziri ilə görüşdü

Rusiyanın daxili işlər naziri, polis generalı Vladimir Kolokoltsev yanvarın 31-də Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Diplomatla söhbətdə Daxili İşlər Nazirliyinin başçısı qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi miqrasiya orqanlarının rəhbərlərinin Şurası çərçivəsində Rusiyanın və Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qanunsuz miqrasiya ilə mübarizədə birgə aktiv iş aparılır.

Kolokoltsevin sözlərinə görə, bu gün Azərbaycan Rusiyanın ərazisinə daxil olan şəxslərin sayına görə stabil olaraq 5-6-cı yeri tutur. Bununla əlaqədar nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin genişləndirilməsinə ehtiyacın olduğunu bildirib.