Xalq yazıçımız “düşmən dəyirmanına su tökdü” Xalq yazıçımız “düşmən dəyirmanına su tökdü”

Ermənilərin Əkrəm Əylisi sevgisi...

Xalq yazıçımız “düşmən dəyirmanına su tökdü”




Xalq yazıçısı Əkrəm Əylislinin "Дружба народов" jurnalında çap olunan "Daş yuxular" əsəri erməni mətbuatını əməlli-başlı sevindirib. Erməni xəbər saytları bu barədə geniş materiallar dərc edərək Azərbaycan yazıçısının əsərini "erməni həqiqətlərinin dərk edilməsi" kimi təqdim edirlər.

"Hələ 4 il əvvəl "Open Armenia"ya onlayn müsahibədən sonra mən Əkrəm Əylislini müdrik və ağıllı adam adlandırmışdım. Bu gün səhv etmədiyimi söyləmək mənə xoşdur". B

u sözləri Azərbaycana və azərbaycanlılara qarşı münasibətdə qatı radikallığı və düşmən mövqeyi ilə seçilən Məlik Şahnəzəryan yazıb. Müəllif yazıçının doğulduğu Əylis kəndinin də əslində ermənilərə məxsus Aqulis kəndi olduğunu bildirib. Şahnəzəryan "Daş yuxular" əsərini Azərbaycanın apardığı təbliğata qarşı "cəsarətlə yazılan həqiqət" adlandırıb:

"O 1919-cu ildə Aqulisin erməni əhalisinin məhv edilməsi ilə Bakı və Sumqayıtda baş verənləri paralel təqdim edir. Əkrəm Əylisli 100 ildə Türkiyənin, 20 ildə Azərbaycanın etmədiyini etdi - həqiqəti söylədi".

Kəmalə
AzNews.az