İsmayıllı hadisələrinə İrandan reaksiya gəldi



İsmayıllıda baş verən hadisələrə İrandan da reaksiya gəlib. İslam İnsan Hüquqları Komissiyasının şimal-qərb şöbəsinin elmi komitəsinin katibi doktor Cavanpur Təbrizdə keçirilən konfransda Azərbaycanda insan hüquqlarının tez-tez pozulduğunu deyib:

"Son günlər bu ölkənin polis və təhlükəsizlik qüvvələri tacirlərin etirazlarına ən mümkün bərk qarşılaşma ilə cavab verdi. Bundan qabaq əsgər ölümünə qarşı xalq etirazlarını əzdi, bir neçə gün bundan öncə isə İsmayıllı rayonunun əhalisinin istəklərinə onları döymək və həbs etməklə cavab verir".

Doktor Cavanpur Bakı və digər şəhərlərdə həbsdə olan onlarla dindarın ən ibtidai hüquqlardan belə məhrum olduğunu bildirib:

"Öz dini etiqadlarını müdafiə etdiyi üçün 12 il həbsə məhkum olunmuş Azərbaycan İslam Partiyasının sədrinə mətbuat imkanları yaradılmamış hətta, müalicə almaqdan məhrum edilib".


Katib çıxışında Azərbaycan dövlətinin İslam və Avropa insan hüquqları təşkilatlarının bu mövzuda həssaslığına diqqət edəcəyinə ümidvar olduğunu bildirib.

Alpər
AzNews.az