İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər.

“Çıraq” otelinin inzibatçısı özünü günahkar bildi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər.




Bu barədə APA-ya E. Behbudov məlumat verib.

E. Behbudov orada saxlanılan 12 nəfərlə görüşdüklərini deyib: "İsmayıllı rayonunda baş vermiş insident zamanı saxlanılan "Çıraq" otelinin inzibatçısı, Bakı sakini Emin Şəmdinov, onun tanışı Elməddin Məmmədov və 10 İsmayıllı sakini ilə görüşdüm. Emin Şəmdinov və Elməddin Məmmədov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham olunurlar.

Emin Şəmdinov mənə bildirdi ki, özünü təqsirli bilir. Dedi ki, həqiqətən hadisə vaxtı sərxoş olub. Elməddin Məmmədov isə özünü təqsirli bilmədiyini söylədi. Bildirdi ki, hadisə vaxtı Emin Şəmdinova hücum olunduğunu görüb, ona köməyə gedib.

İsmayıllı sakinləri isə özlərini təqsirli bilmirlər. Biz onların bədənlərinə baxış keçirdik. Hər hansı döyülmə faktına rast gəlmədik. Saxlanılan şəxslərin saxlanılma şəraitindən və onlara qarşı münasibətdən də şikayətləri yoxdur".

AzNews.az