Roman Nəsirovun həbs müddəti uzadıldı

Kiyevin Solomenski rayon məhkəməsi mənimsəmə faktında şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş rəisi Roman Nəsirova qarşı həbs müddətini daha iki ay uzadıb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə qərarı iyunu 26-na qədər qüvvədə olacaq.

R.Nəsirov ağır nəticələrə səbəb olan səlahiyyətdən sui-istifadə etməkdə şübhəli bilinir. Onun 2015-2016-cı illərdə xalq deputatı Aleksandr Onişenkonun maraqlarına xidmət göstərərək şəxsən vergi borcu ödənişi ilə bağlı bir sıra əsassız və qanunsuz qərarlar verdiyi bildirilir. İddia tərəfi ekspert qiymətləndirməsinə əsasən, bu addımların dövlət büdcəsinə təxminən 2 milyard qriven məbləğində zərər vurduğunu təsdiqləyib.