Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri cənab Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

AzNews.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.