Cinayət Məcəlləsinə dəyişiklər - cərimələr artırılacaq

Azərbaycan Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az “Modern.az”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir.

Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur.

Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı.

AzNews.az