Serbiya Prezidenti Azərbaycan səfirini mükafatlandırıb

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu mükafatlandırıb.

AzNews.az trend-ə istinadən xəbər verir ki, səfir iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi və inkişafına verdiyi töhfəyə görə, ordenlə təltif edilib.

Azərbaycanlı diplomatla yanaşı Rusiya və Belarus səfirləri də yüksək mükafata layiq görülüblər.