- Köhnə - Siyasət
- 11 İyun 2017 15:12
- 3 951
Bu gün Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Bakıya gələcək
Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək.
AzNews.az İnterfaks.az-a istinadən xəbər verir ki, A. Novak və F. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, N. Əliyev dünən İkinci Fəxri Xiyabanda dəfn edilib.