Bu il sentyabrın 14-17-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir. Bu il sentyabrın 14-17-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir.

“Azərbaycanın işğal olunmuş ərazilərində gənclər konfransı keçirmək planı Ermənistanın siyasi təxribatıdır” - XİN

Bu il sentyabrın 14-17-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi planlaşdırılır. Ermənistanın İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək konfransın məqsədi guya gənc mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Adətən bu kimi tədbirlərin əsas iştirakçılarını əsasən Ermənistan vətəndaşları və digər ölkələrdən olan iki-üç nəfər erməni əsilli şəxslər təşkil etsə də, burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir.

AzNews.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib: “Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq. Gənclər və idman Nazirliyi ilə əlaqəli şəkildə beynəlxalq gənclər təşkilatları da Ermənistanın bu növbəti təxribatı barədə məlumatlandırılacaq”.