"Bu işdə aktiv olmalısınız və onları tutduqları səhv yoldan çıkindirməlisiniz" "Bu işdə aktiv olmalısınız və onları tutduqları səhv yoldan çıkindirməlisiniz"

Əli Əhmədov YAP-çı gənclərə səsləndi

"Bu işdə aktiv olmalısınız və onları tutduqları səhv yoldan çıkindirməlisiniz"

"Bir qrup gəncin sosial şəbəkələr vasitəsi ilə aksiyalar keçirmək cəhdi, onların özlərinin bilmədən anti-Azərbaycan və ya ayrı-ayrı daxili qüvvələrin maraqlarına xidmət etməsi Azərbaycanın imicinə xələl gətirir".

Bunu SalamNews-a YAP sədrinin müavini, icra katibi Əli Əhmədov təşkilatın bir qrup gənci ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, indi Azərbaycanda söz və sərbəst ifadə azadlığının olmasından istifadə edən bir qrup gənc və yeniyetmə belə aksiyalara cəhd göstərməklə ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışır.

"Belə aksiyalar keçirməklə onların nə istədikləri, nə də qarşılarına qoyduqları məqsədlər bəlli deyil. Polislə gizlinpaç oynayıb, ora-bura qaçmaqla nəyəsə nail olmaq olmaz. İndi Azərbaycanda söz azadlığı və sərbəst ifadə azadlığının olmasından istifadə edib sabitliyi pozmağa cəhd etmək düzgün addım deyil. Söz azadlığı və sərbəst ifadə haqqı ölkədə təkcə bir qrup gəncə deyil, ölkənin bir milyon gəncinə və 9 milyonluq əhalisinə də şamildir. Bu aksiyalar müasir Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdan başqa bir şey deyil. Odur ki, siz gənclər bu işdə aktiv olmalısınız və onları tutduqları səhv yoldan çıkindirməlisiniz. Çünki onlar sizlərin həmyaşıdlarıdır və sizləri daha yaxşı anlaya bilərlər. Sabitliyi pozmaqla heç nəyə nail olmaq olmaz".