XIN rəsmisindən iddialı açıqlama : ”İmkan vermərik ki...”

"Burada söhbət işğalın konsolidasiyasından gedir. Ermənistan tərəfi çalışır ki, status-kvonu möhkəmləndirsin və işğalı konsolidasiya etsin. Buna isə Azərbaycan imkan verə bilməz, çünki, XXI əsrdə sərhədlərin zor gücü ilə dəyişdirilməsi mümkün deyil".

Bu fikirləri XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzNews.az-a Ermənistanın Xocalı aeroportunu istifadəyə verməkdə israr etdiyini şərh edərkən bildirib. O deyib ki, Azərbaycan XXI əsrdə zorla sərhədlərinin dəyişdirilməsinə imkan verməmək gücünə malikdir:

"Təəssüflər olsun ki, Ermənistan humanitar və digər müxtəlif bəhanələr gətirərək işğal faktını gücləndirməyə cəhdlər edir. Ermənistan qeyri-konstruktiv mövqeyi ilə münaqişənin uzadılmasına çalışır".

Gültəkin
AzNews.az