- Köhnə - Siyasət
- 30 İyun 2017 23:03
- 3 650
Aqramuntun istefası ilə bağlı səsvermə keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 158 deputatı assambleyanın prezidentinin istefası haqqında təkliflə çıxış edib.
AzNews.az Report-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı həlledici səsvermə oktyabrın 9-da keçiriləcək.
Qətnamədə qeyd edilib ki, AŞPA prezidentinin davranışı təşkilatın nüfuzuna ciddi ziyan vurur və imicinə xələl gətirir.
Qeyd edək ki, P.Aqramunt bu vəzifəyə 2016-cı ildə, lüksemburqlu Ann Brasseri əvəz etməklə seçilib.