Erməni nazir: “Azərbaycan hökuməti bizi hədələyir”



Ermənistan xarici işlər naziri Edvard Nalbadyan bu gün çıxış etdiyi tədbirdə Xocalıda açılan hava limanından danışıb.
O bildirib ki, Xoca hava limanı Dağlıq Qarabağın statusuna heç bir təsir etməməlidir. Nazir bunu azərbaycanlı jurnalistin "Xocalı hava limanının açılması Ermənistan tərəfindən atılmış səhv addım oldu" sualına cavab olaraq bildirib.
"Xocalı hava limanının açılmasında heç bir siyasi məqsəd yoxdur. Azərbaycan dövləti nahaq yerə bunu bu qədər siyasiləşdirir", - deyə nazir çıxışında bildirib.
Nazir sərnişin daşıyan təyyarələrə olan hücumdan da söz açıb: "Azərbaycan hökuməti demək olar ki, hər gün, Ermənistan təyyarələrinə hücum edəcəyi ilə bizi hədələyir. Nə Dağlıq Qarabağ, nə də Ermənistan heç vaxt Azərbaycanı bu məsələlərlə bağlı narahat etməyib. Ancaq biz bu istiqamətdə qarşılıq görmürük".

Aynur
AzNews.az