Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutmasına, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olmasına münasibət bildiriblər. Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutmasına, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olmasına münasibət bildiriblər.

Britaniyalı parlamentarilər ermənilərin Füzulidə törətdiyi vəhşiliyi pislədilər

Böyük Britaniya parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutmasına, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olmasına münasibət bildiriblər.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Lord Kilkluney regiona dəfələrlə səfər etdiyini, münaqişənin diplomatik yolla həll olunacağına əmin olduğunu bildirib.

“Təmas xəttində istənilən insan ölümü halları təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir".

Baronessa Zahidə Mənsur isə qeyd edib ki, insan ölümü bütün hallarda faciədir: “Azyaşlı uşağın qətlə yetirilməsi isə xüsusən ağırdır. Erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılmasa və sülh danışıqları sürətlənməsə, belə hallar tez-tez baş verə bilər”.

Öz növbəsində Mark Menzies bildirib ki, regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir: “İki yaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqlarının pozulmasına yönəlmiş bir addımdır".

AzNews.az