"Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq." "Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq."

Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq - Əl-Biləd agentliyi

"Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq."

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Küveytin elektron xəbərlər portalının direktoru və “Əl-Biləd Xəbərlər Agentliyinin” baş direktoru Ziyad Sania növbəti erməni təxribatı ilə bağlı yaydığı bəyanatında deyib.

Bəyanatda iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi - 2 yaşlı Quliyeva Zəhranın həlak olması, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın yaralanması qətiyyətlə pislənilir.

O, “Əl-Biləd” Xəbərlər Agentliyinə müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozur.

Z.Sania Ermənistan tərəfindən dost ölkənin təhlükəsizliyinin və sabitliyinin pozulmasına yönəlmiş təcavüz aktlarını şiddətlə qınadığını vurğulayaraq, dost Azərbaycana həmrəyliyini bildirib.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.