Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından çıxardı

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.

AzNews.az xəbər verir ki, Ukraynanın Dövlət Miqrasiya xidmətinin məlumatında belə deyilir.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko Saakaşvilinin vətəndaşlıqdan çıxarılması ilə bağlı fərman imzalayıb.

Daha əvvəl Saakaşvili özü bildirmişdi ki, Ukrayna qanunlarına görə, onu vətəndaşlıqdan çıxara bilməzlər. Çünki, onda başqa ölkənin pasportları yoxdur.