- Köhnə - Siyasət
- 7 Avqust 2017 13:40
- 5 743
“Terror hadisəsini təşkil edənlərə ən ağır cəzanın verilməsini istəyəcəyəm” - Nikolas Maduro
Venesuelanın prezidenti Nikolas Maduro hərbi bazaya hücum edən şəxslərə ən ağır cəzanın veriləcəyini söyləyib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Maduro Valensiya yaxınlığında Paramakay hərbi bazasına hücum edən 20 nəfərdən 2-sinin öldürüldüyünü, 1-nin yaralı vəziyyətdə ələ keçirildiyini, 7 nəfərin tutulduğunu, 10 nəfərin isə qaçdığını bildirib. Polis və təhlükəsizlik qüvvələrinin qaçan terrorçuların axtarışında olduğunu ifadə edən Maduro, "Bu terror hadisəsini təşkil edənlərə ən ağır cəzanın verilməsini istəyəcəyəm" deyib.
Paramakay hərbi bazasına hücum edən bir qrup silahlı, hərbi formalı adamın Carabobo əyalətində çevrilişə səsləyən video yayması höküməti hərəkətə keçirib. Videoda özünü Kapitan Juan Caguaripano kimi tanıdan bir adam etiraz çağırışına gəlməyənləri özlərinə hədəf olaraq müəyyənləşdirdiklərini qeyd edib.
Ölkədə qida qıtlığı, yüksək inflyasiya və artan cinayət işlərindən qaynaqlanan ictimai narazılıq aprel ayında yaşanan siyasi böhrandan küçə etirazlarına çevrilmişdi. Nümayişlər zamanı polis qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurmalarda 120 adam həyatını itirmişdi.