- Köhnə - Siyasət
- 8 Avqust 2017 18:12
- 3 983
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yamı təbrik edib.
AzNews.az “Trend”ə istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm".
AzNews.az