NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisi Bakıda görüşəcək

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, NATO-nun kommünikesində bildirilir ki, bu NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.

Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq.

Xatırladaq ki, bu il fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun da görüşü Bakıda keçirilib.