Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıda

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya gəlib.

AzNews.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar aparmaq üçün Bakıya səfər edib: "Danışıqlar zamanı beynəlxalq təhlükəsizliyinin aktual məsələlərinə dair müzakirələr aparılacaq".

Məlumatda Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevtərəfindən qəbul ediləcəyi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəciməddin Sadıkovla görüşəcəyi bildirilir.